Yerli polis şöbələri pul qarşılığında toylara icazə verir?
Sosial şəbəkələrdə bəzi rayonlarda yerli polis idarələrinin məsul şəxslərinin vətəndaşlara toy etmək üçün icazə verməsi barədə məlumatlar paylaşılır.
Belə ki, həmin şəxslərin müəyyən məbləğ qarşılığında vətəndaşlara az sayda qonaq iştirak etməsi şərti ilə toy və ya yas mərasimi keçirmək üçün icazə verdiyi bildirilib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sözügedən iddiaların tam əsassız olduğunu bildirib:
“Yayılan məlumatları qəti şəkildə təkzib edirəm. Ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə DİN-nin üzərinə düşən bütün vəzifələr icra edilir. Hər hansı kütləvi tədbirlərin - toy, nişan və s. mərasimlərin keçirilməsinə icazə verilmir”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın