Yollarda uzun tıxaclar yaranacaq -Azərbaycana gün ərzində 500-600 avtomobil gətirilir- - VİDEO
Faktinfo.az xəbər verir ki,bu il avtomobil idxalının kəskin artması nəticəsində Azərbaycana 433,15 milyon ABŞ dolları dəyərində maşın daxil olub.
Yanvar-aprel ayı ərzində ölkəyə 29 855 avtomobil idxal olunub.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə "Xəzər Xəbər"ə bildirib ki,ölkəyə avtomobil gətirilməsi ictimai nəqliyyatın inkişafının zəif olmasıyla əlaqədardır. Hər kəs şəxsi avtomobil almağa üstünlük verir.
"Xüsusilə hibrid avtomobillərinə maraq artıb”.
Bildirilib ki, idxalının artması avtomobil qiymətlərinin ucuzlaşmasına səbəb olmayacaq:
"Çünki maşın bazarında qiymət alverçilər tərəfindən tənzimlənir”.
Yük daşımaq üçün iri nəqliyyat vasitələrinin idxalında da artım var. Çünki işğaldan azad olunan ərazilərdə belə avtomobillərə tələbat çoxdur.
Ölkəyə gətirilən avtobusların sayında isə azalma var:
"Bu da dizel yanacağına qoyulan subsidiyanın götürülməsi ilə bağlıdır”.
Ekspert deyir ki, ölkədə avtomobil idxalının artımı ilin sonunadək davam edəcək.
Bu xəbər üçün şərh yazın