Yumurtanın da qiyməti artdı: Bahalaşmaya səbəb nədir? -

Yumurtanın da qiyməti artdı: Bahalaşmaya səbəb nədir? - AÇIQLAMA

Azərbaycanda yumurtanın qiymətində yenidən artım qeydə alınıb.

Ağ yumurta 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti isə 25 qəpikdən 27-30 qəpiyə qalxıb. Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

Qeyd edək ki, ölkədə bir çox ərzaq məhsullarının qiymətində davamlı artım müşahidə edilir. Bir neçə ay öncə toyuq ətinin qiymətində artım özünü göstərsə də, yemlə bağlı gömrük rüsumunun ləğvi burada öz müsbət təsirini göstərdi.

Bəs hazırda yumurtanın qiymətində artımın səbəbi nədir, yoxsa bu marketlərin özlərinin işbazlığıdır? 


 Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Cebhe.info-ya bildirdib ki, süfrə yumurtasının qiymətinin artması yemin qiymətinin artması ilə bağlıdır:

"İkincisi isə yumurtanı maya dəyərindən çox aşağı qiymətə satırdılar. Yəni 360 yumurtanı 34 manata satanda maya dəyəri 51-52 manat idi. Hazırda maya dəyəri 52-53 manat civarındadır və ona görə də qiymətlər qalxıb.

Digər əsas səbəb də odur ki, havaların isti keçməsi ilə bağlı kəndlərdə kənd yumurtasının azalması tələbatın artmasına gətirib çıxardı. Hazırda toyuq fabriklərində, anbarlarda 50 milyondan artıq yumurta var. Elə bir böhran keçirməyə səbəb yoxdur. Gündəlik tələbat artıqlamsı ilə ödənilir".

Assosiasiyanın sədri onu da qeyd etdi ki, soya paxlasına üzərindən ƏDV, yem qatqılarının üzərindən gömrük rüsumu götürüldü:

"O ətin qiymətində 7-8 faiz fərq elədi və qiymətlər aşağı düşdü. Həmin prosesdən sonra bir yeşik yumurtanın maya dəyəri 50-52 manat arasındadır. Qiymətin artması ilə bağlı yayılan xəbərlər şayiə deyil. Sentyabr ayının əvvəlində yumurtaya tələbat artır. Yay aylarında əhalinin istehlakı gündəlik 2 milyon - 2,600 min civarındadırsa, payız-qış aylarında 3 milyon 60 minə qədər artır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi