Yunan kəşfiyyatçısı: Türkiyə möcüzələr gerçəkləşdirir

Yunan kəşfiyyatçısı: Türkiyə möcüzələr gerçəkləşdirir 

Türkiyə öz müdafiə sənayesini inkişaf etdirdiyi halda, Yunanıstan özünü məhv etdi. Həm itmiş, həm də məğlub vəziyyətindəyik.

Bunu Yunanıstan kəşfiyyatının keçmiş rəhbəri Savas Kalenderidis deyib.

O, 20 ildir Türkiyənin öz müdafiə sənayesini gücləndirdiyini bildirib:

“Ərdoğanın liderliyindəki Türkiyə sürətlə güclənir. Etiraf etmək lazımdır ki, Türkiyə sözün həqiqi mənasında möcüzələr gerçəkləşdirir. Buna paralel olaraq isə Yunanıstan öz müdafiə sənayesini parçalayır.

Yunanıstan Türkiyənin məqsədlərini başa düşə bilmir. Yunan siyasətinin qiymətləndirmə bacarığı çox zəifdir. Başqa sözlə, Türkiyənin qərarlarını və davranışlarını düz qiymətləndirə bilmirik. Yunanıstanda planlaşdırma həyata keçirə bilən bir hökumət yoxdur. Başqa sözlə, həm məğlub olmuş, həm də itmiş vəziyyətdəyik”./Teleqraf.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi