
Yunanıstan açıqladı: Türkiyə ilə savaşa hazırıq
Yunanıstan özünün suveren haqlarını qorumaq üçün hər şeyə, o cümlədən Türkiyəyə qarşı hərbi fəaliyyətlərə hazırdır.
Faktinfo.az-ın xəbərinə görə,bunu “Star” televiziyasına müsahibəsində Yunanıstan Müdafiə naziri Nikos Panayotopulos deyib. O, son zamanlar Türkiyə tərəfindən provokasiyaların artdığını bildirib:
“Türkiyənin son zamanlardakı davranışı kifayət qədərdir. Mən hesab edirəm ki, Yunanıstan üçün yeganə imkan belə davranışların öhdəsindən gəlməkdir. Yunanıstan konfliktin hərbi həllinə hazırdır”./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın