Yunanıstanda da zəlzələ oldu

Yunanıstanda da zəlzələ oldu - 5,2 bal gücündə

Yunanıstanın Dodekanes arxipelaqının yaxınlığında Egey dənizinin cənub-şərq hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Karpatos adasından cənub-şərq istiqamətində 78 km məsafədə və 10 km dərinlikdə yerləşir.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur/azərtac

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi