Yuxusuzluq ölümə səbəb ola bilər

Yuxusuzluq ölümə səbəb ola bilər 

“Xroniki yuxu çatışmazlığı müasir insanın əsas problemlərindən biridir. Bəzən bu ölümə səbəb ola bilər”.

Bunu “İzvestiya” nəşrinə Volqoqrad Dövlət Tibb Universitetinin Nevrologiya, Neyrocərrahiyyə, Tibbi Genetika kafedrasının müdiri, tibb elmləri doktoru, həkim-somnoloq Olqa Kuruşina deyib.

Onun sözlərinə görə, gün ərzində beş saatdan az yatmaq orqanizmdə bir sıra narahatlıqlara və hətta ölümə səbəb ola bilər:

“Ertəsi gün insan özünü zəif və yorğun hiss edir. İkinci gündə onun idrak funksiyaları mütləq azalır. Yəni yaddaşı, diqqəti, anlayışı və qərar qəbul etmə qabiliyyəti itir. Üçüncü və ya dördüncü gündə bioelektrik fəaliyyət pozuntuları yaranır və epilepsiya tutmaları baş verir.

Beş və ya altı gün yuxusuz qaldıqdan sonra insan beynin işində, ən pis halda ölümə səbəb ola bilən geri dönməz narahatlıqlar yaşanır. Buna görə həyatımızda ən vacib olan şey: yemək, su və ya yuxu soruşulduqda, yuxu daha vacibdir. İnsan yuxusuzluqdan daha tez ölür”./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi