Zahir Əmənov azadlığa buraxılıb - YENİLƏNİB

Zahir Əmənov azadlığa buraxılıb - YENİLƏNİB 

Azərbaycanda sayt rəhbəri Zahir Əmənov azadlığa buraxılıb.

Bu barədə Report.az-a onun vəkili Elçin Sadıqov məlumat verib.

Z.Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

***

Daxili işlər naziri Vilayət Eyvazov jurnalist Zahir Əmənovun tutulması işini nəzarətə götürüb. Xəbər aprelin 15-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəsmisi Elşad Hacıyevə istinadla yayılıb.

Cənub.az xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənov aprelin 13-ü Masallı rayonunda tutulub. Jurnalistin yerli məmur İsrafil Əliyevi şantaj edərək ondan 1500 manat aldığı üçün saxlandığı, hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb olunduğu açıqlanıb.

Aprelin 14-də bir qrup jurnalist və media hüquqçusu daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev, Qulu Məhərrəmli, Əvəz Zeynallı, Ələsgər Məmmədli, Xalid Ağalıyevin imzaladığı müraciətdə bunlar qeyd olunub: “Biz Zahir Əmənovu Azərbaycanın aparıcı regional KİV-lərindən birinin rəhbəri, təcrübəli, alicənab jurnalist kimi tanıyırıq və onun pul tələb etməsinə inana bilmirik. Burada ən azı yanlışlıq olduğunu düşünürük.

Eyni zamanda sizi əmin edirik ki, Zahir Əmənovun azadlıqda qalması istintaqın ədalətli və maneəsiz aparılması üçün heç bir problem yaratmayacaq və buna zəmanət verməyə hazırıq. Baş redaktor barədə qətimkan tədbiri seçilərkən müraciətimizin, Zahir Əmənovun regional jurnalistikanın inkişafında rolunun, habelə yaşının nəzərə alınacağına ümid edirik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi