Zelenski: "9 min rus hərbçisi öldürülüb,onları daşımaq üçün onlarla helikopter lazımdır"
Bir həftə ərzində Rusiya ordusunun şəxsi heyəti arasında itkilər təxminən 9 min nəfər təşkil edir.
Faktinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ukrayna ordusu düşməni əzmək üçün hər şeyi edir. Demək olar ki, bir həftə ərzində 9 min rus hərbçisi öldürülüb. Nikolayev vilayətində ruslara öz ölü və yaralılarını daşımaq üçün onlarla helikopter lazımdır. 19-20 yaşları var idi. Onlar başqa ölkəyə müdaxilədən başqa həyatda nə gördülər?. Bütün ordunuzla birlikdə rədd olun evinizə! Komandirlərinizə deyin ki, siz yaşamaq istəyirsiniz, ölmək yox”, - Zelenski bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın