Zelenski Avropa İttifaqına üzvlük üçün müraciət edib
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqından yeni xüsusi prosedura əsasən dərhal üzv olmağı xahiş edir.
Report.az xəbər verir ki, bu barədə dövlət başçısı videomüraciətində məlumat verib.
“Biz Avropa İttifaqına Ukraynanın yeni xüsusi prosedur əsasında dərhal qoşulması ilə bağlı müraciət edirik”, - deyə o vurğulayıb.
V.Zelenski qeyd edib ki, Ukrayna bizim tərəfimizdə olduğuna görə tərəfdaşlarına minnətdardır: “Amma məqsədimiz bütün avropalılarla birgə olmaq və ən əsası bərabər səviyyədə olmaqdır”.
Dövlət başçısı bunun ədalətli olduğuna əmindir: “Əminəm ki, biz buna layiqik və bütün bunlar mümkündür”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın