Zelenski Donbasda vəziyyətin kəskinləşməsi haqda - "Hər cür təxribata cavab verməyə hazırıq"
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda "əzələ nümayişində" günahlandırıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.
Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: "Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır".
Bundan başqa, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın