Zelenski Lukaşenkonu yeni seçkilər keçirməyə çağırdı - "Mən Belarus xalqına deyərdim ki..."
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, o, Lukaşenkonun yerinə olsa idi, bir ay müddətinə beynəlxalq müşahidəçilərin iştirakı ilə Belarusda yeni seçkilər keçirərdi.
“Təsəvvür edək ki, mən özümə arxayınam, mən insanların səsverməsindən və özümdən arxayınam. Mən hamını necə sakitləşdirə bilərəm? Mən mütləq deyərdim: Bir ay müddətində yeni səsvermə olacaq. Və mən yeni seçkidə iştirak edirəm. Kim iştirak etmək istəyirsə-irəli!”, - deyə o bildirib. Zelenski əlavə edib k, o, seçkilərə beynəlxalq müşahidəçiləri dəvət edərdi.
Ukrayna lideri bu açıqlamaları Avropa İttifaqı və digər Qərb ökələrinin Belarusda avqustun 9-da Lukaşenkonun səslərin 80 faizi ilə qələbə çaldığı elan edilən seçkilərin nəticələrini tanımadığını bildirməsindən sonra verib.
Zelenski bildirib ki, yeni seçkilərdə hər hansı namizədin iştirakına icazə verilməlidir: “Mən Belarus xalqına deyərdim ki, buyurun, kimi istəyirsinizsə seçin. Və nəticədən sonra heç bir sual olmamalıdır. Mən buna əminəm”. Onun sözlərinə görə, bu, qan tökülməsinin qarşısını almağın yolu ola bilərdi, ədalətli olardı və tarixə düşərdi.
Bu xəbər üçün şərh yazın