Zelenski qətiyyətsizliyinə görə, kəskin tənqid olundu- Xalqın Xidmətçisi Partiyası parlamentdə 248 deputatla təmsil olunduğu halda...
Ukrayna hökuməti Mixail Saakaşvilinin Baş nazirin müavini postuna təyin olunması barədə parlamentə verilən təqdimatı geri çəkib.
Faktinfo.az Musavat.com-a istinadən xəbər verir ki, hökuməti belə bir addım atmağa vadar edən səbəb Mixail Saakaşvilinin təsdiqlənməsi üçün kifayət qədər deputatın dəstəyini almaması olub.
Saakaşvilinin kabinetə daxil olması üçün Ali Rada deputatlarının 226-nın səsi lazım idi. Əslində hakim Xalqın Xidmətçisi Partiyası parlamentdə 248 deputatla təmsil olunur və Saakaşvili o biri fraksiyaların rəyi olmadan da keçə bilərdi. Buna baxmayaraq, gürcü əsilli siyasətçinin partiyanın deputatları ilə danışıqları nəticə verməyib və o, sadəcə 170 parlament üzvünün dəstəyini qazana bilib.
Mətbuatın yazdığına görə, V.Zelenskinin komandası Mixail Saakaşviliyə başqa vəzifə təklif etməyi planlaşdırır.
Bunlardan biri də onun Xalqın Xidmətçisi Parityasından Odessa meri postuna namizədliyinin irəli sürülməsidir. Prezident bu məsələdə keçmiş həmkarına hər cür dəstək göstərəcəyinə söz verib.
Ukraynalı jurnalist Yuri Butusov isə Mixail Saakşvilinin təyinatı ilə bağlı prosesin iflasa uğramasına görə Prezident Vladimir Zelenskini sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, dövlət başçısı hələ də İnstaqram ab-havasındadır.
“Bütün təşəbbüslər ancaq xarici effekt və rezonans yaratmaq üçündür. Zelenski Saakaşvilinin əli ilə hansı islahatları həyata keçirmək istədiyini də demədi. O, bu təyinata sadəcə media oyunu kimi baxırdı”, - deyə siyasi icmalçı qeyd edib.
Bu xəbər üçün şərh yazın