Zelenski: Ukraynanın işğalı planı iflasa uğradı

Zelenski: Ukraynanın işğalı planı iflasa uğradı 

Ukrayna ordusu bir çox istiqamətlərdə Rusiya qoşunlarının qarşısını alıb.

Report.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib.

"Ukrayna Silahlı Qüvvələrinin cəsurluğu və hazırlığı sayəsində işğalçı qoşunların demək olar, bütün istiqamətlərdə fəaliyyəti dayandırıldı. Xarkov vilayətində çətin döyüşlər, xüsusə İzum yaxınlığında ağır hərbi əməliyyatlar gedirdi. Rus qoşunları hətta ora təlim mərkəzlərindən hərbçilər göndəriblər. Tam hazırlıqsız kontingent. Döyüşdə yarım saat belə dözə bilməyən insanlar”, - prezident videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, ordu Kiyev, Sum və Çerniqov vilayətlərində, eləcə də Ukraynanın cənubunda düşmənin qoşununu dayandırıb:

"Kiyev, Sum, Çerniqov vilayətlərində, ölkəmizin cənubunda ordu işğalçıları dayandırdı. Rusiya hərbçilərinin dövlətimizi ələ keçirmək üçün ilkin planı iflasa uğradı. Və hiss olunur ki, onlar bizimlə nə etmək mümkün olduğunu bilmirlər. Görünür, onların hərbi komandirləri siyasi liderlərinə bizi əldən salmaq, Ukraynanı tükəndirmək üçün qəddar və yanlış taktikadan başqa bir şey təklif edə bilmirlər”.

Prezident qeyd edib ki, “onların (Rusiya -red) hərbçilərinin bu taktikası yalnız həmin ölkə üçün vəziyyəti gərginləşdirir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi