“Zəlzələ kahin”indən İstanbulla bağlı – Şok proqnoz
Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits növbəti dəfə Türkiyədə qeydə alınan seysmik fəallıqlar barədə danışıb.
Alim bir qədər əvvəl Türkiyənin İstanbul şəhərində qeydə alınan 5.8 ballıq zəlzələnin daha böyük yeraltı təkanların xəbərçisi olduğunu söyləyib.
Hugerbitsin sözlərinə görə, gözlənilən zəlzələnin gücü 6-7 bal arasında ola bilər. Zəlzələnin təsir zonası yalnız İstanbul şəhəri ilə məhdudlaşmır, belə ki, dəhşətli zəlzələ həmçinin İzmir və Ankara kimi böyük şəhərlərdə də hiss ediləcək.
Bundan əlavə hollandiyalı alim Türkiyənin qonşuluğundakı Bolqarıstan, Yunanıstan və Rumıniyada da zəlzələnin hiss edilməsini istisna etməyib. Bu çərçivədə hər 3 ölkəyə tədbirlərin gücləndirilməsini tövsiyə edib.
Alim Pakistanda və İranda baş verən zəlzələləri xatırladaraq, bu bölgədə də seysmik aktivliyin müşahidə olunduğunu qeyd edib./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın