Zibeydə Sadıqova Vəkillər Kollegiyasına çağırıldı - "Növbə məndədir?"
"Dünən də hansısa deputat çıxıb insan haqları ilə məşğul olan vəkillər barədə məqalə yazır.
Məqalə çıxandan sonra məqalənin mahiyyəti aydın oldu. Vəkillər Kollegiyasından zəng edib məni 5-ci gün keçiriləcək Rəyasət Heyətinin iclasına çağırıblar. Səbəbini soruşanda isə barəmdə rəy verildiyini bildirdilər".
Pravda.az-ın xəbərinə görə, bunu vəkil Zibeydə Sadıqova bildirib.
"Rəyi istəyəndə isə deyirlər ki, Kollegiyadan imza edib götürə bilərəm. İclasa 2 gün qalıb indi xəbər tuturam ki, barəmdə rəy var imiş, barəmdə intizam tədbiri görmək istəyirlərmiş. Nə baş verir? Bu nə deməkdir? Növbə məndədir? İnsan haqlarını müdafiə etmək cinayət deyil!" - o qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın