10 ildi seçicidən ayrı düşmüş deputat hansı üzlə onun qapısını döyəcək?

10 ildi seçicidən ayrı düşmüş deputat hansı üzlə onun qapısını döyəcək? — Rasim Musabəyovun fəaliyyəti barədə SÖZARDI

Xəbər verdiyimiz kimi, ölkə başçısının bəzi deputatların seçildikdən sonra xalqdan ayrı düşməsinə dair bəyanatı cəmiyyətdə böyük müzakirələrə səbəb oldu.

Prezident Administrasiyasının rəsmisi Zeynal Nağdəliyevin YAP-dan olan namizədlərə “ənənəvi üsullardan istifadə olunmayacaq” mesajı isə bu dəfə keçirləcək seçkilərin əvvəlkilərdən fərqli olacağını ortaya qoyur.

Bu bəyanatla Zeynal Nağdəliyev hakimiyyətin açıq seçki saxtakarlığına getməyəcəyini bəyan edərərək, namizədlərin qələbəsinin özlərindən asılı olmasına işarə verib.

Bu isə o deməkdir ki, həmişə hakimiyyətin açıq dəstəyi ilə mandat alan şəxslər bu dəfə məğlubiyyətin acısını yaşayacaq.

Belələrindən biri də politoloq Rasim Musabəyovdur.

 Bütün hakimiyyətlərlə münasibətlərini isti saxlayan Musabəyov Azərbaycandakı iqtidarlardan öz mənafeyi üçün yararlana bilib. Deputat olduğu dönəmlər ərzində xalqdan ayrı düşən politoloqun üzünü seçiciləri ancaq TV ekranlarında mənasız çıxışları zamanı görüb.

 Ümumiyyətlə, seçiciləri ilə ünsiyyətdən kənar duran bu adam Milli Məclisdə hansısa problem haqqında da belə danışa bilməyib.

 Onun yadda qalan yeganə danışığı isə ailəsini dolandırmaq üçün yeraltı keçiddə “pop-korn” satan uşağı təhqir etməsi olub.

 Ona görə də haqlı sual yaranır? Hansı üzlə seçici qapsısı döyürsünüz?

 Ancaq yuxarıda qeyd etdiyimiz kimi bu dəfə vəziyyət fərqlidir. Yəqin ki, səs almaq üçün Nərimanov və Nizami sakinlərinin qapısını döyən Musabəyova öz yolunu göstərəcəklər.

Mövzuya qayıdacağıq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər