"2 uşağımı da, özümü də zəhərləyib öldürəcəm" - Rəhim Qazıyevin qızı
Sabiq Müdafiə naziri Rəhim Qazıyevin qızı Şəbnəm Əzizovanın həyatı təhlükədədir.
Bu barədə tanınmış jurnalist Əvəz Zeynallı feysbuk səhifəsində məlumat paylaşıb.
O bildirib ki, Şəbnəm əri Ramil Əzizovdan boşansa da, həmin şəxs Şəbnəmi və ailəsini təhdid edir:
“R.Əzizov Şəbnəmin qonşularını, iş yoldaşını da hədələməyə başlayıb. Daha sonra R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib və bu anlar təhlükəsizlik kamerasında qeydə alınıb. Polisə müraciət edildikdən sonra R.Əzizov saxlanılsa da, qısa müddət ərzində sərbəst buraxılıb.
R.Əzizov bunun ardınca Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. Bu dəfə də 102-yə şikayət edildikdən sonra saxlanılan Əzizov yenə azadlığa buraxılıb”.
Əvəz Zeynallı əlavə edib ki, Şəbnəm Əzizova onunla söhbətində “Heç nəyini istəmirəm, bircə məndən əl çəksin. Qorxuram, addım ata bilmirəm. Az qalıram, 2 uşağımı da, özümü də zəhərləyib öldürəm”, deyə bildirib.
Ə.Zeynallı aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırıb.
Bu xəbər üçün şərh yazın