5 mərtəbəli binaların bünövrəsində bərkitmə işləri aparılmalıdır-

5 mərtəbəli binaların bünövrəsində bərkitmə işləri aparılmalıdır- SƏBƏB

Türkiyədə baş verən zəlzələlər bir daha təsdiqlədi ki,bu təbiiət hadisəsi bir çox ölkələrdə baş verə bilər.Azərbaycan Respublikası da bundan sğortalanmayıb.

Faktinfo.az xəbər verir ki, bu mənada Türkiyəli alim Cəlal Şəngörün Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağına dair proqnozunun ardınca,Hasan Mandalın da fikirlərinə münasibət bildirildi. Belə ki,Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişlinin türkiyəli mütəxəssislərin açıqlamalarına münasibəti gecikmədi.

O, Hasan Mandalın fikirləri ilə razılaşdığını gizlətmədi: "Hasan Mandalın nə dediklərini eşitmişəm. O, çox gözəl və səliqə ilə deyir ki,Azərbaycanda maqnitidası 6 baldan yuxarı zəlzələ ola bilər. Əlbəttə ola bilər. Kim deyir ki, olmayacaq? Azərbaycanda maqnitudası 7-də ola bilər. Bu ehtimal olunur və baş verə də bilər. Gözləmək başqa şeydi, ola bilər isə tamam başqa...

Göründüyü kimi,Qurban Yetirmişli də etiraf edir ki,istənilən vaxt zəlzələ gözlənilir.Bu təbiət hadisəsinin baş verəcəyi tarixi  bilməsələr də,olmayacağı da istisna edilmir.


Demək ki,tədbir görülməsinin zamanıdır.Yəni tikiləcək olan hündürmərtəbəli binaların bütün standartlara uyğun,keyfiyyətli inşaat materiallarından inşa edilməsi zərurətdir.Digər tərəfdən bundan sonra inşa ediləcək binaların hündürlüyü 10 mərtəbədən yüksək olmamaq şərti ilə,seysmik zonanın nəzərə alınması çox önəmlidir.Bu praktika Türkiyədə artıq tətbiq edilir,binalar 3,4,5 bəzi hallarda 6 mərtəbədən yüksək tikilmir.


Eləcə də, Bakıda 5 mərtəbəli,1950-60-cı  illərdən sonra tikilən binaların bünövrəsində bərkitmə işlərinin aparılması gecikdirilməməlidir.Dövlət vəsaitini bu kimi istiqamətlərə də xərcləmək lazımdı,xəsislik etməmək gərəkdir.Təbbi bütün bunlarla bərabər Bakıda yaşı bir əsr və daha çox olan qəzalı binaların düzgün tədqiq edilib sökülməsi də gecikdirilməməlidir.

Həmçinin tikinti şirkətləri yenə "istismar müddəti bitən və qəzalı vəziyyətdə olan binalar" adı altında ordan-burdan saxta akt alıb şəhərin münasib yerlərində binaların sökülməsinə rəvac verəcəklərsə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin(FHN),Bakı Şəhər İcra Hakimiyyətinin,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri də bu kimi hallara göz yumacaqlarsa, bu böyük narazılıqlara yol açacaq.Nəticədə Bakı şəhərində istismar müddəti başa çatmış qəzalı 3 mindən çox yaşayış binasının sökülməsi zamanı, vətəndaşlarda sui-istifadələrin mümkünlüyünə dair fikir formalaşacaq.

Qeyd: Azərbaycanda 04.07.2023- cü il,00:01 dəqiqədə 4-5 bal gücündə qiymətləndirilən 10 saniyəlik  zəlzələ də  bir daha təsdiqlədi ki,fikirlərimizdə kifayət qədər haqlıyıq.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi