ABŞ-ın nüfuzlu nəşri: “Ərdoğan Əsədlə razılaşsa...”
Hurriyyet.az xəbər verir ki, ABŞ-da nəşr edilən nüfuzlu “Blumberq” (“Bloomberg”) jurnalı Türkiyənin Suriya siyasətinindəki dəyişikliklərin ona zəfər qazandıracağını yazıb.
Bəlli olduğu kimi, Türkiyə 11 illik fasilədən sonra Suriya ilə münasibətlərini bərpa eləməyə başlayır. Jurnal bununla bağlı yazıb: “Suriya Prezidenti Bəşər Əsəd ilə razılığa gəlmək Türkiyənin hərbi əməliyyat riski etmədən, YPG-yə qarşı zəfər qazanmasına kömək edə bilər”.
Suriya təmsilçiləri ilə Moskvada görüşən Türkiyənin normallaşdırma addımlarını atmağa davam eləməsi ABŞ-da həyəcanla qarşılanıb. “Blumberq” jurnalı Ankaranın Dəməşq ilə əməkdaşlığının “Rusiyanın Yaxın Şərqdəki rolunu gücləndirəcəyini və ABŞ-ın Suriyanı tərk eləməsi üçün təzyiq yaradacağını” yazıb.
Türkiyənin öz cənub sərhədlərindən 30 km dərinlikdə terrora qarşı təhlükəsiz bölgə qurması üçün terrorçuların geri çəkilməsini tələb elədiyi, əks hallda hərbi əməliyyata başlayacağını bəyan elədiyi qeyd edilən analitik yazıda deyilir: “ABŞ-ın oradakı varlığının lazımsız və haqsız olduğunu anlaması lazımdır. Bu gün bölgə ölkələri getdikcə ABŞ-dan asılılığı azaldaraq hərəkət edirlər”.
Təhlildə deyilir: “Əsəd ilə siyasi razılaşma Türkiyənin hərbi əməliyyat riski etmədən YPG-yə qarşı zəfər qazanmasına kömək edə bilər”. Rusiya ilə Türkiyə qüvvələrin yaxın zamanda Suriyanın şimalında və sərhəd bölgələrində birgə patrul fəaliyyətinə başlayacağının gözlənildiyi qeyd eilən yazıda deyilir: “Suriya da gələcəkdə burada koordinasiyalı patrul fəaliyyətinə başlaya bilər”.
Türkiyə Prezidenti Ərdoğan bu həftə etdiyi çıxışlarından birində demişdi: “Cənab Putin ilə danışdıq. Xarici işlər nazirlərimiz görüşəcək. Daha sonra isə hadisələrin axarına görə, liderlər olaraq görüş keçirəcəyik. Məqsədimiz bölgədəki sakitliyi təmin eləmək, sülhü bərqərar eləməkdir”.
Bu xəbər üçün şərh yazın