ABŞ-ın sabiq səfiri:Azərbaycanla bağlı bəyəndiyim ən əsas məqam...
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta ölkəmizlə bağlı fikirlərini bölüşüb.
Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi hesabında paylaşım edilib.
Robert Sekuta Azərbaycanın müxtəlifliyinin onun ən bəyəndiyi məqamlardan biri olduğunu bildirib:
“Mənim Azərbaycanla bağlı bəyəndiyim ən əsas məqam onun müxtəlifliyidir. Qobustan kimi qədim tarixi yerləri görmək, təbiət qoynunda olmaq və gəzmək fürsətindən həmişə zövq almışam. Azərbaycanın müxtəlifliyi sadəcə heyrətamizdir. Ancaq deməliyəm ki, hər bir məkana rəng qatan ən əsas orada yaşayan insanlardır. Anna, mən və uşaqlarımız təsəvvürümüzə də gətirə bilmirik ki, bir gün buraya turist kimi geri qayıdıb, burada tanış olduğumuz insanları görmək fürsətini əldən qaçıra bilək. Hesab edirəm ki, qeyd etdiyim işimin ən gözəl tərəfi idi”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın