ABŞ mətbuatı Qarabağ hərbindən yazdı: “Türk dronları ABŞ, İsrail və Çin məhsullarına ciddi rəqibdir”
ABŞ-da dərc edilən “Financial Times” qəzeti Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatlarının ABŞ, İsrail və Çin istehsallarına ciddi rəqib olduğunu və Türkiyənin silahlı dron proqramlarının çox inkişaf eləmiş olduğunu bildirib.
“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, “Financial Times” qəzetinin xəbərində Dağlıq Qarabağda Ermənistana qarşı mübarizə aparan Azərbaycan ordusunun Türkiyə istehsalı olan Silahlı Pilotsuz Uçuş Aparatları ilə çox sayda erməni mövqelərini, hava hücumundan müdafiə sistemlərini, artilleriya qüvvələrini və tanklarını vurmasının görüntüləri paylaşılıb.
Son illərdə Suriya, Liviya, Şimali İraq və Şərqi Aralıq dənizindən sonra Dağlıq Qarabağın Türkiyənin silahlı dronlarının yerləşdirildiyi 5-ci region olduğu bildirilən xəbərdə deyilir: “Türkiyənin inkişaf edən dron sənayesi Türkiyənin silah idxalında Qərbdən asılılığını azaltmaq və milli qürurunu canlandırmaq məqsədi ilə müdafiə istehsalını artırmaq istiqamətində 20 illik səyinin nəticəsidir”.
Türkiyənin ötən il digər ölkələrə əsasən tanklar, zırehli texnika, təyyarə hissələri, silahlar və sursatdan ibarət 3 milyard dollarlıq hərbi məhsul satdığı bildirilən xəbərdə deyilir: “2002-ci ildə 248 milyon dollar məbləğində olan hərbi ixracatın qədərinin 2023-cü ildə 10 milyard dollara çatacağı nəzərdə tutulur”.
Məqalədə Türkiyənin öz dronlarını istehsal eləmək səylərinin PKK terror təşkilatı ilə uzun müddət davam edən mübarizə ilə də sıx bağlı olduğu, silahlı dronların 2017-ci ildən bəri PKK terrorçularını yuva saldıqları dağlıq ərazilərdən çıxardığı qeyd edilir./Hurriyyet.org
Bu xəbər üçün şərh yazın