ADİU-nun işdən çıxarılan müəlliminin məhkəməsi başlayır
Azərbaycan Dövlət İqtisad Universiteti Rus dili kafedrasının işdən çıxarılan müəllimi Zərifə Mansurovanın məhkəməsi başlayır.
Faktinfo.az -a verilən məlumata görə, Ali Məhkəmə 18.02.2019-cu il tarixində Zərifə Mansurovanın şikayəti ilə bağlı qətnamə qəbul edib.Qətnaməyə əsasən, Səbail rayon Məhkəməsində Z.Mansurovanın işi ilə bağlı gecikmə qərarına dair çıxarılan qərardad ləğv edilib,Apelliyasiya Məhkəməsində işin mahiyyəti üzrə baxılmasına dair qərar çıxarılıb.
1.05.2019 saat 9:20 dəqiqəyə təyin olunmuş işə bərpa məhkəməsində ADİU-nun Rus dili kafedrasının müəllimi Z.Mansırovanın universitetdən hansı əsasla işdən kənarlaşdırılması prosesinə baxılacaq.Verilən məlumatda o da qeyd edilir ki, Bakı Apelliyasiya Məhkəməsində prosesə cavabdehlik ədalətli qərarları ilə fərqlənən hakim Namiq Cəfərova həvalə edilib.
Qeyd edək ki,məlum məhkəmə işi 2 ilə yaxındır ki,davam edir.Bu müddət ərzində tərəflər arasında ziddiyyət böyüyüb, saytlarda bu barədə məlumatlar yayılıb.Z. Mansurova isə bu günün özündə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya eləcə də, digər dövlət rəsmlərinə məktublar ünvanlayır,rektor Ədalət Muradov tərəfindən işdən çıxarılmasını qanunsuz hesab edir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın