ADPU-da tələbələrə oxuma və testləri müzakirə qadağası... -

ADPU-da tələbələrə oxuma və testləri müzakirə qadağası... - BU NƏ ÖZBAŞNALIQDI?

Azərbaycan Dövlət Pedoqoji Universietinin (ADPU) əsas korpusunda 3 gündür ki, tələbələrə qeyri-adi qadağa qoyulub.

Faktinfo.az xəbər verir ki, bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

ADPU-da tələbələrə OXUMA YASAĞI...

Müraciət müəllifləri qeyd edir ki, fotoda gördüyümüz şəxs tələbələrin bufetdə kitab oxumalarını qanunsuz olaraq qadağan edib.

ƏLAQƏDAR VİDEO: https://www.facebook.com/eduaz/videos/361610959665309

Tələbələrin müraciəində deyilir: "Bu adam bufetə girib qabağında kitab olan bütün tələbələri qovur. Səbəb də onu gətirir ki, bufetdə oturmağa yer yoxdur.

Hətta kitab bağlı olsa belə, masada kitab görsə belə, sərt formada zaldan qovmağa çalışır, xüsusən də qız tələbələri.

Deyir ki, oxu zalı var, orada oxuyun. Biz magistratura imtahanına hazırlaşan tələbələrik, o testləri müzakirə edə bilək deyə açıb işləyirik...
Oxu zalında 2 nəfərin pıçıldaşmağına belə icazə verilmir... Necə müzakirə edə bilərik ki?"

Faktinfo.az-dan xatırlatma:Bir çox universitetlərin bufetində satılan  yeməklər 90 faiz tələbələr üçün əlçatan deyil.Belə universitetlərdən biri də Azərbaycan Dövlət Pedoqoji Universietidir.(ADPU) Demək olar ki,gün ərzində ADPU-nun tələbələrinin mütləq əksəriyyəti bufetdə bir çox satılan qida məhsullarına baxaraq keçir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər