Afinadan Türkiyəyə S-400 ittihamı: Bizi narahat edir
Qeyri-sabit bir qonşu istəmirik. Siyasi sabitliyə sahib və təxirə salınmış məsələlər üçün dialoq kanalları açıq olan bir qonşu istəyirik.
Bu sözləri Yunanıstanın Baş naziri Aleksis Çipras Türkiyənin Rusiya istehsalı S-400 zenit raket kompleksləri alması ilə bağlı danışarkən deyib.
“Türkiyənin başqa bir qütbə yönəlməsi ehtimalı bizi narahat edir”, - Çipras bildirib.
Qeyd edək ki, Yunanıstan NATO üzvü olmasına baxmayaraq Rusiya istehsalı S-300 zenit raket komplekslərinə sahibdir./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın