Ağstafa rayonu Qıraq Kəsəmən kəndində torpaqların su altında qalma ehtimalı yoxdur

Ağstafa rayonu Qıraq Kəsəmən kəndində torpaqların su altında qalma ehtimalı yoxdur 

Ağstafa rayonu Qıraq Kəsəmən kəndindən bir qrup sakinin narahatçılığına aydınlıq gətirərək bildiririk ki, kəndin Kür çayı boyu ərazilərində islahat və ya dəmyə torpaqların su altında qalma ehtimalı yoxdur.

 Kənd sakinlərinin narahatçılığına heç bir əsas olmamalıdır. Çünki Tovuz rayonunun Mülkülü və ya Şəmkir rayonu ərazisində hər hansı “Su Durultma Məntəqəsi”nin tikintisi nəzərdə tutulmayıb.

Faktinfo.az saytına “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən, bölgədəki suvarma və digər bir neçə idarədən verilən məlumatlara görə, qarşıdakı illər üçün Kür çayının şişməsinə səbəb ola biləcək hər hansı dövlət layihəsi nəzərdə tutulmayıb.

Qeyd edək ki, Ağstafa rayonu Qıraq Kəsəmən kəndində torpaq işbazlarının yaydıqları şayiələr torpaq sahiblərinin narahatçılığına, bir neçə şəxsin isə gələcəkdə gəlir əldə etmək məqsədilə Kür çayına yaxın ərazilərdən bələdiyyə fond torpaqlarının icarəyə götürülməsinə səbəb olub.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi