Ağstafada çörək sexi yandı
Ağstafa rayonunda çörəkbişirmə müəssisəsində yanğın hadisəsi baş verib.
Hadisə rayonunun Qurğun qəsəbəsində Zinayə Əzizovaya məxsus olan çörək sexində qeydə alınıb.
Hadisə nəticəsində 500 kvm ərazi tamami ilə yanıb, sahibkara təxminən 200 min manatdan artıq ziyan dəyib.
Alov həmçinin yaxınlıqda olan inqibator sexinə və "Prado" markalı avtomobilə də keçib. Nəticədə avtomobil yanaraq, yararsız vəziyyətə düşüb.
Hadisə zamanı ev sahiblərindən biri İlqar Kommunar oğlu Əzizov tüstüdən zəhərlənib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın