Ağstafada iki azyaşlı uşağın müavinəti bir aydır ki, verilmir

Ağstafada iki azyaşlı uşağın müavinəti bir aydır ki, verilmir 

Faktinfo.az xəbər verir ki,Ağstafa rayon sakini Aydın Ələkbərov Hürriyyət.az-a müraciət edərək, azyaşlı nəvələrinə təyin edilmiş pensiyanın artıq bir aydır ki, verilmədyini deyib.

O bildirib ki, oğlu Mehman Ələkbərov dünyasını dəyişdikdən sonra iki azyaşlı uşağa valideynini itirdiyinə görə pensiya təyin edilib. Hazırda heç bir yerdən gəlirli olmayan ailə aidiyyatı qurumlardan kömək istəyir:


"Oğlum Ələkbərov Mehman dəmiryolunda işləyib. Lakin, 2020-ci il dekabrın 18-də 38 yaşında vəfat edib. İki körpə uşağı var. 2011-ci il təvəllüdlü Ələkbərova Fatimə və 2012-ci il təvəllüdlü Ələkbərli Hüseynin sənədlərini topladıq. Uşaqlar Ağstafa rayonunda "Dəmiryolu" binasına qeydiyyatdadırlar. Sənədləri topladıqdan sonra hər iki uşağa 111 manat pensiya ayrılıb. Müavinət "valideynin itirilməsinə" görə verilir.

Beş ay pensiya aldıqdan sonra, keçən aydan bəri pensiya ödənilmir. Ailənin heç bir gəlir yeri yoxdur. Azərbaycan Respublikasının Sosial Müdafiəsi Nazirliyinin rayon üzrə nümayəndəliyindən bildirildi ki, bizlik bir şey yoxdur, nə edilibsə Bakıdan edilib. Artıq bir müddətdir ki, pensiya verilmir. Bəs, iki azyaşlı uşaq nə ilə qidalansın?...Eyni zamanda, ailə kirayədə yaşayır. Xahiş edirəm ki, aidiyyatı qurumlar ailəmizə kömək etsinlər". 


QEYD: Mövzunu davam etdirəcəyik.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi