“Ağzımızı açan kimi Mübariz Qurbanlının kontoru trollarını tökür üstümüzə”

“Ağzımızı açan kimi Mübariz Qurbanlının kontoru trollarını tökür üstümüzə” 

“Mehdi niyə zühur etməsin ki? Son 30 ildə minlərlə məscid tikilib. Lap yaxşı. Amma məscidlərdə hansı maarifləndirmə işləri aparılır ki? Bölücülük və dini nifrət yaradır bəzi dini obyektlər”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

 

S.Məmmədov vurğulayıb ki, orta və ali məktəblərdə bəzi təbiət elmlərinin tədrisi qəsdən dayandırılıb: “Astronomiya dini ehkamları darmadağın edir deyə tədris olunmur. Dini xurafata qarşı yazılan şeirlər, hekayələr dərsliklərdən çıxarılıb. Mirzə Ələkbər Sabirin bütün maarifləndirici şerləri çıxarılıb tədrisdən. Hanı Sabirin erkən evliliyə qarşı yazdığı şerlər? 

Məsələn "Xan dostu, amandı qoyma gəldi" və s. Ona görə də cənnətdə iki hektar torpağı 2 500 dollara alanlar, cənnətdə yaxşı şərait üçün 60 000 manat ödəyənlər çoxalmaqdadır və çoxalacaq da. Ağzımızı açan kimi Mübariz Qurbanlının kontoru başlayır, trollarını tökür üstümüzə. Mən dini xurafat verlişləri verən televiziyaların saxlamasına niyə xərc çəkməliyəm? Normal dini təbliğat olsun və bu faydalıdır. Amma dövlətin maliyyələşdirdiyi televiziyada açıq xurafat təşviq olunur. Hələ yaxşı ki, o Mehdini çıxarmayıblar televiziyaya. Deputat durub mollalıq edəndə başqa nə cür olmalıdır ki?!”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi