Akşənər "altılı masa"ya qayıdır,deyilsə də mümkünsüz görünür- SƏBƏB
"Partiyanın İdarə Heyətinin üzvləri qərar verərsə, bazar ertəsi “altılı masa” toplantısında iştirak edəcəyəm,"-bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən İYİ Partiyasının rəhbəri Maral Akşənər deyib. Onun bu sözlərindən sonra 6 mart tarixində "altılı masa” ya əyləşə biləcəyinə dair çoxsaylı iddialar var.
Faktinfo.az saytı isə bildirir ki,03.03.2023-cü il tarixində "Təəssüflə demək istəyirəm ki, altılı masa millətin iradəsini, qərarlarını əks etdirmək qabiliyyətini itirib.Bu qurum ümumi ağıl platforması olmaqdan çıxdı. Alternativlərin qara siyahıya salındığı notarius kontoruna çevrilib.Biz qumar masasında və ya notarius masasında olmayacağıq,"-açıqlamaları fonunda, yenidən digər 5 partiya sədri ilə vahid mövqedən çıxış etməsi inandırıcı görünmür.
Digər tərəfdən isə, Ankara və İstanbul bələdiyyə sədrləri Mansur Yavaş və Əkrəm İmamoğlunun 04.03.2023-cü il tarixində sosial şəbəkə hesablarından,həmçinin indivudal olaraq CHP lideri Kamal Kılıçdaroğlunu vahid namizəd kimi dəstəkləmələri də,İYİ sədrinin son mərhələdə onunla hesablaşacaqlar təxminlərini alt-üst etdi.
"Altılı masa" ətrafında yaranmış mövcud mürəkkəb siyasi vəziyyət,həmçinin Maral Akşənərin məlum bəyanatından sonra HDP-nin açıq konteksdə CHP-ni dəstəkləməsi tərəflər arasında gərginliyi biraz da artırdı.Hadisələrin bu şəkildə cərəyan etməsi təbii ki,İYİ Partiyasının əksəriyyət üzvünü qane etmir, Kamal Kılıçdaroğlu və müttəfiqlərinə qarşı mətbuatda kəskin ifadələrlə yekunlaşır.
Beləliklə,Maral Akşənərin məlum sərt bəyanatı,eləcə də ona verilən kəskin qarşılıq,yenidən 6 mart tarixində vahid namizədin elan olunması üçün "altılı masa" ya qayıtmasının mümkünsüz olduğu qənaətini xeyli artırır.Digər tərəfdən bu zaman kəsiyində qarşılıqlı ittihamlar dərinləşir,AKP-nin müxtəlif istiqamətlərdə səfərbər olması mümkünləşir,İYİ partiyasının bir çox üzvünün qarşıdakı həftələrdə MHP-yə qoşulma ehtimalı üçün müəyyən zəmin yaranır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın