Akşənərin namizədi Ersan Şən olacaq?
Xəbər verdiyimiz kimi,İYİ Partiyanın sədri Maral Akşənərin "Altılı masa"nı tərk etməsindən sonra Ankarada siyasi proseslər gərgin olmaqda davam edir.Gözlənilməz siyasi prosesslər baş verir, prezdentliyə namizəd kimi müxtəlif şəxslərin adı çəkilir.
Faktinfo.az xəbər verir ki,bu mənada Türkiyə telekanallarından hamının tanıdığı hüquqşünas Ersan Şənin İYİ Partiyasından prezidentliyə namizəd olacağına dair informasiyalar yayılıb.
Qeyd edək ki,prof.dr.Ersan Şən də,dəfələrlə telekanallarda müzakirələr zamanı bəyan edib ki,CHP rəhbəri Kamal Qılıncdaroğlu prezidentliyə namizəd olarsa Rəcəb Tayyib Ərdoğana uduzmaq ehtimalı çox böyükdü.O,da Maral Akşənər kimi Mansur Yavaş və ya Əkrəm İmamoğlunu prezidentliyə namizəd kimi gördüyünü bildirib.Bu mənada onun Maral Akşənərlə həmfikir olduğu qeyd edilir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın