Ali Attestasiya Komissiyası (AAK) sədri ilə rektorlar arasında narazılıq yaşanır

Ali Attestasiya Komissiyası (AAK) sədri ilə rektorlar arasında narazılıq yaşanır -BAŞLICA SƏBƏB

"Plagiat işlərlə elmlər namizədi, elmlər doktoru, fəlsəfə doktoru elmi dərəcəsi əldə etmiş şəxslər dövlət iqtisadiyyatına yükdür.Plagiat işlərə görə elmi dərəcə alanların,saxta əlillik verilənlərlə heç bir fərqi yoxdur.Belə şəxslərin Azərbaycan elminə verə biləcəyi tövhə, söhbətin mövzusu ola bilməz.


Amma təssüf hissi ilə qeyd edilməlidir ki,Azərbaycanda belə şəxslər minlərlədir və zaman-zaman ali səviyyədə bu etiraf olunub. O səbəbdən də son iki ildə Prezident yanında Ali Attestasiya Komissiyası (AAK) bütün sahələr üzrə komissiyalarda plagiat işlərə qarşı mübarizə aparır."


Faktinfo.az saytı xəbər verir ki,aparılan mübarizə tədbirləri bir çox universitet rektorlarının,AMEA-nın Elmi-Tədqiqat İnstitutları rəhbərlərinin xoşuna gəlmir,onlar Ali Attestasiya Komissiyası sədri Famil Mustafayevdən narazı qalır,çıxılmaz vəziyyətlə üzləşməli olurlar.Yəni illər əvvəl qarşılaşmadıqları vəziyyətlə üzləşiblər.O səbəbdən də son bir ildə "elmi dərəcələrin verilməsi universitetlərə verilməlidir" fikirləri səsləndirilməyə başlanıb.

 

Mövzunu sayta izah edən şəxsin bildirdiyinə görə, Azərbaycanda Universitetlərin rektorları rəhbəri olduqları ali təhsil müəssisəsində həm də Elmi Şura sədrləridir. Şura sədrinin yekun rəy və imzasından sonra təsdiqə göndərilən elmi işlərdə plagiat aşkarlandığı təqdirdə, AAK tərəfindən iş ləğv olunur. Nizamnaməyə əsasən,3 elmi müdafiə işi ləğv olunursa,Elmi Şura rəhbəri sədrlikdən getməli, müdafiə şurası yenidən təşkil olunmalı, sonrakı halda heç kimin elmi rəhbəri olmamalıdır.


Bu amil isə rektorları, elmi-tədqiqat institutu direktorlarını narazı salır. Belə çıxılmaz vəziyyətlə qarşılaşmamaq üçün bəri başdan elmi şura sədrliyindən imtina edən rektorlar da var. Nümunə üçün qeyd edilir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun elmi rəhbəri olduğu 2 elmi iş ləğv edildiyindən o,3-cünü gözləmədən elmi şura sədrliyindən imtina edib,hər halda müdafiə şurasının yenidən təşkilinə imkan verməyib.


O da bildirilir ki, o universitet yoxdur ki, oradan gələn elmi iş plagiat çıxmasın.O cümlədən,Azərbaycan Kooperasiya Universitetindən 7-yə yaxın,bir o qədər də AMEA-nın İqtisadiyyat İnstitutundan göndərilən müdafiə işləri ləğv edilib. 


Həmçinin o da qeyd edilir ki, AAK sədrinə olunan xahişlərin sayı-hesabı yoxdur, hamısı da nəticəsiz qalır. Çünki, Azərbaycanda elmi adların verilməsində şəffaflığın təmin edilməsi, əsl elmi dərəcəyə layiq şəxslərin aşkarlanması AAK rəhbərliyi qarşısında tələb kimi qoyulub.

 

Bunlara rəğmən Faktinfo.az-ı bilgiləndirən şəxs AAK sədri Famil Mustafayevin,onun rəhbərlik etdiyi qrumun ara-sıra tənqid olunmasını da təsadüfi saymır.Bildirilir:"AAK sədri Famil Mustafayevi tənqid edənlər göstərə bilərlərmi, bir və bir neçə  plagiat iş təsdiq olunub.Eləcə də qeyd edə bilərlərmi ki, Famil Mustafayevdən əvvəlki illərdə bir və bir neçə  plagiat iş geri qaytarılıb.Məncə çətin sualdı.

 

Qeyd edək ki, yanvar ayında  AAK yaydığı məlumatda qeyd olunurdu ki, ötən il ərzində 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Bundan başqa, 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib.

 

Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə isə imtina cavabı gəlib. Bundan başqa,2022-ci ildə 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 29 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə imtina verilib.

 

Mövzu ilə bağlı məqalədə adı keçən univesitetlərdən məsələyə münasibət öyrənmək istəsək də, telefon zənglərimizə cavab verilməyib.

Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.

FAKTİNFO.AZ

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi