“Ali Babacan FETÖ-nün siyasi qanadıdır” -

“Ali Babacan FETÖ-nün siyasi qanadıdır” - PERİNÇEK

Türkiyədə fəaliyyət gstərən “Vətən” partiyasının sədri Doğu Perinçek, 15 iyul çevriliş cəhdinin üçüncü ildönümündə “Ulusal Kanal”da efirə gedən “Çıkış Yolu” verilişində “FETÖ-nün siyasi qanadı Ali Babacandır” iddiası ilə çıxış edib.

 Doğu Perinçek, FETÖ-nün siyasi qanadının CHP və İyi partiyası ilə ittifaq yaratdığını bildirib və deyib: “Siyasi qanadın kimliyi üzə çıxdı: Ali Babacan. Siyasi qanad CHP və Meral Akşenerin müttəfiqidir. Abdullah Gül, Ali Babacan, Davutoğlu kimlərin tərəfindədir. AKP-dəki siyasi qanad təmizlənir. Kimin yanına keçir? CHP-nin, Meral Akşenerin yanına keçir. Başqa siyasi qanad varmı? AKP içərisindəki Fətullah dostları onlardır: Abdullah Gül, Ahmet Davutoğlu, Ali Babacan.

Abdullah Gül 2 səhifə, 9 maddəlik gizli razılaşmaya qol qoyduğunu 2003-cü ildə özü etiraf eləmişdi. Davutoğlu baş nazir postundan uzaqlaşdığı zaman “Foreign Policy” nəşri yazırdı: “ABŞ, Ankaradakı adamını itirir”. Davutoğlu ABŞ-ın Ankaradakı adamı idi. Niyə Amerika Abdullah Gülleri, Ali Babacanları, Davutoğlularını AKP-dən qoparır?

 Niyə ABŞ Meral Akşeneri MHP-nin içərisindən qopardı? Deməli, MHP-ni vətənsevər cəbhədə gördü və böldü. Amerika niyə CHP-ni, FETÖ-nü bölməyə çalışmır? AKP-ni, MHP-ni bölməyə çalışır? Vətən partiyasını hədəfə alır?”/Hurriyyet.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi