"Ali məktəbi bitirənlərin heç biri sertifikasiyaya cəlb olunmasın"

"Ali məktəbi bitirənlərin heç biri sertifikasiyaya cəlb olunmasın" -Siyavuş Novruzov

“Mən təklif edirəm ki, ali məktəbi bitirənlərin heç biri sertifikasiyaya cəlb olunmasın. Bu ali məktəbə inamsızlığımızı göstərir”.

Faktinfo.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Siyavuş Novruzov deyib.O bildirib ki, tələbələr ali məktəbdə imtahan verirlər:

 “Onları sertifkasiyaya cəlb ediriksə, onların aldığı təhsilə nə ad qoyaq? Əgər bunlara təhsili ali məktəbdə verimiriksə, o zaman həmin ali məktəbin özünün sertifikatı ləğv olunmalıdır, nəinki o məktəbi bitirən tələbələrin. Biz fikirləşməliyik ki, tələbəyə nə veririk, nə tələb edirik? Bilirikmi ki, bu gün dünyada elm və səhiyyə qədər inkişaf edən sahə yoxdur. Digər məsələ, biz ali məktəblərimizin özünün nüfuzunu qaldırmalıyıq. Biri Avropadan, ABŞ-dan diplom ortaya qoyan kimi onu işə qəbul etməyə sıraya dururlar. Amma bizim universitetləri bitirənlər işsiz qalır. Onda bizim ali məktəblərimiz, bizim təhsilimiz hanı?!

 Şərt qoymalıyıq ki, birinci işə qəbul edilən bizim ali məktəbi bitirənlər olmalıdır. Çünki xaricdə təhsil alan özü ilə təkcə təhsil gətirmir, oranın davranış qaydasını, adətini də gətirir. Biri gəlir ki, 2 ildə xaricdə 4 institut qurtarıb. Belə deyil axı. Sertifikat başqa şeydir, diplom başqa. Bizdə o sertifikatlardan doludur. Sonra deyildi ki, müəllim yaşlandıqca onun biliyi azalır, amma əksinədir. Əksinə onlar üçün şərait yaratmaq lazımdır ki, biliklərini yeniləsinlər. Başa düşürəm ki, I sinif uşağı ilə 65 yaşlı müəllim arasında uyğunsuzluq var”.

 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi