AMEA Rəyasət Heyəti Aparatında 3 şöbə birləşdirilib

AMEA Rəyasət Heyəti Aparatında 3 şöbə birləşdirilib 

AMEA Rəyasət Heyəti Aparatında Protokol, Katiblik və Elektron sənəd dövriyyəsi şöbələri "Sənədlərlə iş" şöbəsində birləşdirilib.

Bu barədə APA.az-a AMEA-dan bildirilib. Qeyd olunub ki, həmin şöbələr bir yerdə cəmləşdirilib və kadr potensialı da artırılıb. Məlumata əsasən, bunlar şöbənin sektorları kimi fəaliyyət göstərirlər.

Bildirilib ki, Akademiyanın inkişafı ilə bağlı 2020-2025-ci illər üçün proqram müəyyənləşib. Addım-addım bu və ya digər tədbirlər həyata keçirilir. Hazırda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi işləri gedir. Sonrakı struktur dəyişiklikləri prioritetlərə uyğun olaraq həyata keçiriləcək. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi