Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsi üzrə təbliğat-təşviqat kampaniyasına yekun vurdu
Yeni Azərbaycan Partiyasından deputatlığa namizəd Aqiyə Naxçıvanlı 117 saylı Oğuz-Qəbələ dairəsi üzrə bütün məntəqələrdə görüşlər keçirərək seçki marafonunu yekunlaşdırıb.
Faktinfo.az xəbər verir ki,o, hər bir görüşdə seçiciləri tərəfindən mehribanlıq və coşqu ilə qarşılanıb.Namizədin çoxsaylı bütün görüşlərində seçicilər Aqiyə xanıma uğurlar arzulayaraq fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində yaxından iştirak edəcəklərini bildiriblər. Həmçinin, Aqiyə Naxçıvanlının bütün görüşlərində seçicilər onu dəstəkləyərək, namizədə xoş münasibət göstəriblər.
Aqiyə Naxçıvanlı da təbliğat-təşviqat müddəti ərzində onunla görüşlərə gələn bütün seçicilərə minnətdarlıq edərək, onları daha güclü Azərbaycan naminə fevralın 9-da keçiriləcək seçkilərdə fəal iştirak etməyə səsləyib.
Onu da qeyd edək ki,çoxsaylı görüşlər keçirən Aqiyə Naxçıvanlının seçki marafonu dövründə hər hansı xoşagəlməz insident yaşanmayıb.O,barmaqla sayılacaq namizədlərdən hesab olunur ki,təbliğat-təşviqat müddətində hər hansı narazılıqla qarşılaşmayıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın