Aqiyə Naxçıvanlı daha bir neçə ucqar kənddə seçicilərlə görüşdü
Yanvarın 29-u günün ikinci yarısında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun ən ucqar kəndləri olan Çaldaş, Çayqovuşan və Qarabulaqda seçicilərlə görüşdü.
Faktinfo.az-a verilən məlumata görə,kənd sakinləri onu mehribanlıqla qarşılayıblar. Onlar Azərbaycan dövlətinin başçısı İlham Əliyevin hər bir vətəndaşın prezidenti olmağından qürurlandıqlarını bildiriblər. Səmimi keçən görüşdə seçicilər Aqiyə xanıma əvvəlki deputatlığı dövründə bu kəndlərin problemlərinin həllində yaxından göstərdiyi köməkliklərə görə minnətdarlıq ediblər.
Çıxış edən seçicilərdən Çaldaş və Çayqovuşan kənd sakinləri- Solmaz Adilova, Fikrət Hüseynov, Arzu Şahhüseynov və başqaları ölkədə gedən inkişafdan razılıqlarını bidirdilər.Eyni zamanda seçicilər 2015-ci ildə baş vermiş zəlzələdən ziyan görən bəzi evlərin bərpası məsələsinin diqqətdən kənarda qaldığını vurğulayıb və bununla bağlı köməklik olunmasını da namizəddən xahiş ediblər .Qarabulaq kənd sakinləri- Sədrəddin Qarayev, Aidə Məmmədyarova, Mətanət Kərimova və digərləri kəndarası yolun asfaltlanması, kəndə içməli suyun çəkilməsi ilə bağlı məsələ qaldırıblar və həlli istiqamətində onların səsini aidiyyatı qurumlara Aqiyə xanımın çatdıracağına əmin olduqlarını bildiriblər.Eləcə də seçicilər fevralın 9-da keçiriləcək seçkilərdə fəal olaraq layiqli namizədə səs verəcəklərini vurğulayıblar.
Bu xəbər üçün şərh yazın