Aslan İsmayılov Cavanşir Feyziyev haqda: "Mənim haqqımda da bildikləri varsa, yazmasa ən şərəfsiz insandır"
"Milli Məclisin üzvü Cavanşir Feyziyevin qələm əhli ilə bağlı yazdıqlarını oxudum.
Yazıda düz olduğu bir məqam varsa o da qələm əhlinin bir çoxunun tənqidi yazılar adı altında reketliklə məşğul olmasıdır. Ona görə ki, özü Mətbuat Şurasının üzvü olduğundan ora gələn məktublardan reket jurnalistlərin kimliyini və nə ilə məşğul olduğunu gözəl bilir. Elə özünün də o reket qələn əhlinə vaxtaşırı haqq ödədiyi vaxtlar yəqin ki, olub".
Bu fikirləri hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabından yazıb.
"Həmin yazıda mənim də adımı çəkib. Ona görə də mənim də bəzi iddialarım var və buradan ona müraciət edirəm. Əgər onda bir damcı şərəf, ləyaqət varsa özünün oğurladıqları haqda yox, reketliklə məşğul olanlar barədə bildiklərini yazsın. Mən onun bir çox cinayətlərini bildiyimi özü də bilir və onun haqqında heç vaxt yazmamağım onun özünü mənə Bəxtiyar Vahabzadə vurğunu olmasını deməsi, mənə dahi şairimizin çoxcildlik şerlər kitablarını bağışlaması və övladının ağır xəstə olmasını deməsi ilə bağlı olub. Ona görə də özüm haqqında xüsusi vurğulayıram. Mənim haqqımda da əgər bildikləri varsa yazmasa ən şərəfsiz insandır", - deyə Aslan İsmayılov bildirib.
Bu xəbər üçün şərh yazın