Aslan İsmayılov Əli Həsənovun qudasını "topa" tutdu: "Oğurladığı milyardlardan bir neçə milyonunu...”
Azərbaycanlı hüquq müdafiəçisi Aslan İsmayılov özünün Facebook hesabından Əli Həsənovun qudası Səttar Mehbalıyevi sərt tənqid edib.
Həmin yazını təqdim edirik:
“Bu gün bir çox təşkilatlar, insanlar Koronavirusla mübarizə Fonduna ianələr edirlər. Bu, könüllü bir addım və təqdirə layiq haldır. Ancaq bəzi təşkilatlar var ki, tək ağır vəziyyətlərdə yox, elə adi hallarda vəzifələri işçilərə kömək etməkdir. Azərbaycanda əksəriyyət insanların bilmədiyi, ancaq qeyri-adi maddi resurslara, imkanlara malik Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası var və başında hardasa 30 ildir ki, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qudası, ömürlük deputat Səttar Mehbalıyev durur.
Heç maraqlanan varmı ki, indiyə qədər niyə o təşkilatdan bir xəbər yoxdur?! Axı onun birbaşa vəzifəsi işində problem yaranan insanlara kömək etməkdir! Balansında minlərlə istirahət mərkəzlərinin, sanatoriyaların, digər milyonlarla gəlir gətirən obyektlərin olduğunu demirəm, elə hər işləyənin maaşından bu təşkilata hər ay əmək haqqının 2%-i tutulur. Bu isə yüz milyonlarla puldur və bu günə qədər heç bir işçinin bu təşkilatdan yararlandığını eşitməmişəm. Bəyənmədiyimiz Sovet hakimiyyəti vaxtları bu təşkilatdan hər bir işləyən sıravi vətəndaş faydalanırdı, insanlar dəyərinin cəmi 10%-i ödənilməklə, çox hallarda isə pulsuz “putyovka”lar ayrılırdı, uşaqlarımız pulsuz yay düşərgələrində istirahət edirdilər.
Bilməyənlərin diqqətinə çatdırım ki, Azərbaycan müstəqillik qazanan ilk illərdən bu təşkilatın balansında minlərlə sanatoriyalar, istirahət mərkəzləri, mehmanxanalar, uşaq bağçaları, pioner laqerləri, şahmat məktəbləri, peşə öyrədən, musiqi dərnəkləri, məktəbləri, pioner evləri, kitab mağazaları, silahdan istifadə öyrədən tirlər, avtomobil kursları, idman zalları, mədəniyyət evləri, bibliotekalar, tibb ocaqları, stadionlar və digər tikililər var idi. Bu siyahını artırmaq da olar.
Ancaq gənc nəsilə aydın olsun deyə bir faktı diqqətinizə çatdırım. Sovet hakimiyyət dövrü şəxsi mülk, obyekt, tikili və ya hər hansı daşınmaz, o cümlədən az qism istisna edilməklə daşınar əmlak yox idi. Bütün əmlak dövlətin və ya Həmkarları İttifaqının idi. SSRİ-də, o cümlədən Azərbaycan SSR-də olan bütün əmlakların 3/1 isə Həmkarlar İttifaqının mülkiyyətində idi. İndi təsəvvür edin, bu təşkilatın hansı əmlakları var. Dəqiq bilirəm ki, həmin əmlakları mütləq əksəriyyəti dədə malı kimi satılıb və mənimsənilib. Bəs qalanları haradadır və ondan əhaliyə nə çatır, bu günə qədər heç bir məlumat yoxdur. Bir də diqqətinizə çatdırım ki, bu həmin S.Mehbalıyevdir ki, əmlakını (balaca çayxana) əlindən aldığına görə Qarabağ döyüşçüsü Zaur Həsənov S.Mehbalıyevin oturduğu binanın qarşısında, balalarının yanında özünə od vurub yandırdı. Az sonra isə aldığı xəsarətlərdən dünyasını dəyişdi. O vaxtlar himayədarları R.Mehdiyev və Ə.Həsənov olan S.Mehbalıyevə qarşı heç bir tədbir görülmədi. Heç olmasa bu gün həmin şəxs barədə tədbir görülsün demirəm, oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırsın”.
Bu xəbər üçün şərh yazın