Aslan İsmayılovdan Əli Həsənovla bağlı açıqlama: “Hansısa murdarlığı edəndə fikirləşin ki, öz qarşınıza çıxacaq”

Aslan İsmayılovdan Əli Həsənovla bağlı açıqlama: “Hansısa murdarlığı edəndə fikirləşin ki, öz qarşınıza çıxacaq” 

“İlk dəfə insanların intim səhnələri yayılanda müsahibə vermişdim ki, bunu təşkil edənlər özləri bu murdarlığın qurbanı olacaqlar.

Sonra Lider TV-nin “Kuklalar” verilişində müxalifət təmsilçiləri əxlaqsız formada aşağılananda da bu fikirləri təkrarlamaqdan başqa, o vaxtlar Prezident Aparatının siyasi şöbənin müdiri işləyən Əli Həsənova bir partiya liderinin yanından da zəng edib etirazımı bildirmişdim”.

 

Pravda.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“3 avqust 2005-ci ildə Mətbuat günü keçirilən Gülüstan Sarayında Prezident İlham Əliyevdən “Kuklalar” verilişinin dayandırılmasını xahiş edəndə də onlarla jurnalistin yanında bu barədə kiməsə müraciət etdiyimi soruşanda bildirmişdim ki, yanınızda dayanan Əli Həsənova 2 dəfə demişəm. Sonralar Prezidentin göstərişi ilə həmin veriliş dayandırıldı. Ə.Həsənov isə əməllərini davam etdirdi. 

Bu gün Əli Həsənov özü intim xarakterli videolarla şantaj edildiyini bəyan edib. Əlbəttə, birinci növbədə bu əxlaqsızlığı edənlərin cəzalandırılmasını tələb edirəm. Bununla belə, bir daha hamıya bildirirəm ki, etdiklərinin əvəzini almayınca heç kim bu dünyadan köçməyəcək. Ona görə də hansısa murdarlıq edəndə fikirləşin ki, öz qarşınıza çıxacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi