Avtobuslar gecikir, sərnişinlər vaxt itirir -

Avtobuslar gecikir, sərnişinlər vaxt itirir - M2 və M2-A avtobuslarında bərbad vəziyyət...

Bu gün səhər saatlarından etibarən paytaxt yollarında tıxac var.

Bakupost.az xəbər verir ki, bu səbəbdən ictimai nəqliyyatın hərəkət intervalında gecikmələr müşahidə olunub. 



Məlumata görə, 88 nömrəli müntəzəm marşrut xətti qrafikindən 1 saat geri qalıb. Bu isə insanların işə, gedəcəkləri mənzil başına gec çatmalarına səbəb olub. 




Qeyd edək ki, hər gün səhər saatlarında Bakının müxtəlif küçə və prospektlərində yaranan tıxac ictimai nəqliyyatın hərəkətini çətinləşdirir. Buna görə də dayanacaqlarda avtobus gözləyən sərnişinlərin sayı 20-30 nəfərə çatır. Bu isə koronavirusun yenidən tüğyan etdiyi bir vaxtda vəziyyəti daha da çətinləşdirir.

Faktinfo.az onu da bildirir ki,Metrodan-metroya nəzərdə tutulmuş  M2,M2-A marşrut avtobuslarının intervalında gecikmələr olduğundan  sıxlıq yaranır.Sərnişinlərin bir-birinə pərçimlənmiş vəziyyəti isə koronavirusun kütləvi şəkildə yayılmasına səbəb olur.Digər tərəfdən axşam saat 8:30 dəqiqədən sonra isə metronun Milli Elmlər Akademiyası stansiyasından M2 və M2-A avtobuslarının hərəkəti dayandırılır.Gecə saat 12 radələrinə qədər metronu əvəz etməli olan M2 və M2-A avtobuslarının işləməməsi sərnişinlər tərəfindən kütləvi narazılığa səbəb olur.Yaranmış bu acınacaqlı vəziyyət bir neçə aydır ki,tənzimlənmir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi