"Avtobusların şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ "1 manatlıq" taksilərə qismət olur"

"Avtobusların şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ "1 manatlıq" taksilərə qismət olur" 

İqtisadçı ekspert Samir Əliyev həftəsonu ictimai nəqliyyatın işləməməsi qərarının səhv olduğunu və təcili ləğvini tələb edib.

Ekspert qeyd edib ki, bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə sosial zərər yaradır:

 "Əvvəlcə müşahidəmi yazım sonra fikrimi izah edərəm.

 Ötən şənbə həmişəki kimi Xırdalandan şəhərə gəlirdim. 20 Yanvara çatanda metro və şəhərdaxili nəqliyyat işlmədiyindən sərnişinlər "1 manatlıq" taksilərdən istifadəyə məcbur olurdular. Metro yanı dayanacaqlar taksilərlə dolu idi və insanlar 4 nəfər olmaqla maşında oturub ünvana gedirdilər. İlk baxışdan hər şeyin normal olduğu görünür. İnsanlar ünvana gedib çata bilirdilər. Bəs problem nə idi?

 Sadalayaq:

 1) Yoluxmanın qarşısı alınmır. Taksilərə 4 nəfər oturur və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar.

 

2) Gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı manat olduğundan avtobuslardan (30 qəpik) fərqli olaraq 3 dəfədən çox gediş haqqı ödəməli olur. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir.

 

3) Tıxaclar yaradır. Şəhər yerlərində tıxacların qarşısını alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə "1 manatlıq" taksilər hesabına tıxac yaradır. Təsəvvür edin 40 nəfər aparan 1 avtobus əvəzinə 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır.

 

4) Nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Təsəvvür edin şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ "1 manatlıq" taksilərə qismət olur. Həmin vəsait fakiti olaraq vergidən kənarda qalır.

 

Eyni məsələni rayonlararası nəqliyyatın işləməməsi məsələsinə də şamil etmək olar. Böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir.

 

Ümid edirəm bu əsaslandırmalar qərarı ləğv etmək üçün Operativ Qərargah üçün qanedici olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi