Azay Quliyevə AÇIQ KORRUPSİYA İTTİHAMI... - Pul ayrılıb və mənimsənilib...-YENİLƏNİB
Neçə müddətdir ki, ölkənin QHT sektorunda bir təlatüm müşahidə olunmaqdadır.
Əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin ünvanına səslənən ittihamlarla müşaiyət oluann bu proses müəyyən bir dönəmlik səngimiş kimi göründü.
DİA.AZ bildirir ki, amma son açıqlamasında "Heç bır məsələ sakitləşməyib" deyən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli olduqca ağır ittihamlar səsləndirməklə sözügedən prosesi yenidən canlandırmış olub.
"Cəmiyyətdən, dövlətdən, prezidentdən gizlədilən həqiqətləri bır-bır üstünün açılmasına çalışacağam" deyən İSBAM sədri eyni zamanda hüquq-mühafizə orqanlarını da açıqladığı faktların araşdırılmasına dəvət edir.
Samir Adıgözəllinin məlum ittiham dolu və həm də anons xarakterli açıqlamasını təqdim edirik: "Hazırda bır sualla QHT Agentliyinə , Agentliyin Müşahidə şurasına, sədr Azay Quliyevə, icraçı direktor Aygun Əliyevaya üzümü tuturam:
Ötən il "Şuşa ili " münasibətilə nəzərdə tutulmuş "Heydər Əliyevin Şuşa sevgisi " adlı layihənin taleyi necə olub?
Bilirəm bu suala heç bırınız cavab verə bilməyəcəksiniz Odur ki , bu məsələ ilə bağlı qısa məlumatı ictimaiyyətə açıqlayıram .
"Heydər Əliyevin Şuşa sevgisi " adlı layihəyə 35000 manat pul ayrılıb. Şuşada keçirilməsi nəzərdə tutulan tədbir keçirilməyərək saxta hesabatla ayrılan vəsait mənimsənilib.
Belə bır tədbirlə bağlı KİV də heç bır məlumat yoxdur.
Qeyd edım kı, mövzu QHT agentliyinin öz layihəsi olub.
Burada hansı formada saxtakarlıqlar həyata keçirildiyini faktlarla sübut edəcəm. Müvafiq dövlət qurumlarını məsələni ciddi araşdırmağa çağırıram".
Göründüyü kimi, bu, başlanğıcdır... Hələ daha konkret və ağır ittihamlar irəlidədir...
***
Əlavə olaraq İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli ittihamlar səsləndirib.
İSBAM sədri bildirir:
"QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu günlərdə növbədənkənar maliyyə vəsaiti ayırdığı təşkilatlar :
- Qərbi Azərbaycan internet TV _yə 80 000 manat,
-Milli Dəyərlərin Təbliğinə dəstək ictimai birliyi Mübariz Əsgərov 60 000 manat,
- Azərbaycan Bolqarıstan Dostluq Cəmiyyətinə Marya Pavlovna Hüseynova 10 000 manat...
Agentliyə ayrılan dövlətin milyonları "ədalətli və şəffaf" olaraq paylanılır..."
Faktinfo.az
Bu xəbər üçün şərh yazın