Azərbaycan alimi bitki mənşəli vaksin hazırlayıb

Azərbaycan alimi bitki mənşəli vaksin hazırlayıb -İsa Həbibbəyli

Azərbaycan alimi koronavirusa qarşı bitki mənşəlli vaksin hazırlayıb.

Faktinfo.az  xəbər verir ki, bu sözləri AMEA-nın birinci vitse-prezidenti, Elmi Şuranın sədri, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli Teleqraf.com-a geniş müsahibəsində deyib.

“Məsələn, Coğrafiya İnstitutu sularda virusa yoluxmanın qarşısını almaq üçün ölkəmizin bütün regionlarında monitorinq apardı və suların viruslu olub-olmadığını müəyyən edən elmi metodika hazırladı. Botanika İnstitutu xalq təbabəti vasitəsilə immunitet sisteminin gücləndirilməsi məsələlərinə aid tədqiqatlar apardı. Hidrologiya İnstitutunda qabaqlayıcı tədbirlərə kömək edə biləcək bir sıra bitkilərin Azərbaycanda yetişdirilməsi, onların çoxaldılması, müalicəvi əhəmiyyətinin tədqiq olunması məsələsi ilə məşğul oldular”, - o bildirib.

Alim qeyd edib ki, aparılan tədqiqatlardan TƏBİB müxtəlif istiqamətlərdə yararlanıb:

“Yeni yaradılmış Geofizika İnstitutu virusa yoluxmanın qarşısını almaq üçün önləyici tədbirlər hazırladı. Elmi cəhətdən əsaslandırılmış bu tədbirlər TƏBİB-in də diqqətini cəlb etdi və TƏBİB artıq onların təkliflərini alıb, tətbiq olunmasını qəbul edib”.

İ.Həbibbəyli AMEA Molekulyar Geologiya İnstitutunun əməkdaşı Sərraf Məmmədovun Türkiyənin Ağdəniz Universitetinin alimləri ilə birlikdə pandemiyaya qarşı mübarizə üçün vaksinlərin hazırlanması işinə cəlb olunduğunu da qeyd edib:

“O, Azərbaycan və Türkiyə alimlərindən ibarət bir qrup formalaşdırıb. Bizim üçün əhəmiyyətli tərəfi odur ki, bu qrupa Azərbaycan alimi rəhbərlik edir. Onlar bitki mənşəli vaksinlər hazırlamaq üzərində iş aparırlar. Bu yaxınlarda öyrəndim ki, vaksinin hazırlanmasında ilkin mərhələ başa çatıb. Sərraf Məmmədovun apardığı bu tədqiqat artıq sınaqdan keçirilmə mərhələsindədir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi