Azərbaycan Dillər Universitetinin işbirliyi qurduğu ŞÜBHƏLİ MMC-lər... - İTTİHAM
Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin olunmasından çox keçməmiş apardığı kadr islahatlrının mətbuatın gündəminə çevrilməsini Azərbaycan ictimaiyyəti yəqin ki,xatırlamamış deyil.
Aradan o qədər də vaxt keçməsinə baxmayaraq xatırlatmaq istərdik ki,sözügedən məlumatlarda universitetə yeni təyin olunan rektor Kamal Abdullaya qarşı ciddi ittihamlar irəli sürülür,rəhbəri olduğu ali təhsil ocağının intriqa yuvasına çevrildiyi, təhsilin keyfiyyətinin günbəgün aşağı düşdüyü qeyd olunurdu.Həmçinin bir çox mətbuat orqanlarında universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının müxtəlif vəzifələrə təyin edildiyi qeyd olunurdu.Bildirilirdi ki,yeni təyin olunmuş rektor universitetdə çoxsaylı yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələrə savadsız,təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərə verir.Şikayətlərdə həmçinin universitetin təmiri məqsədi ilə keçən tədris ilində,yəni 2017-2018-ci ildə,650 min manat,cari tədris ilində isə 400 min manat xərcləndiyini rektorun iclaslarda dəfələrlə qeyd etdiyini,lakin kollektivin bu əsaslı təmirin və təchizatın aparılmasının şahidi olmadığı bildirilirdi.
Aktualinfo.org Kamal Abdullanın Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsindən,yəni 1 iyun 2017-ci ildən sonra universitetin təmirinə ayrılan dövlət vəsaitləri ətrafında araşdırma aparıb.Məlum oldu ki,universitet tender yolu ilə 18.09.2017-ci ilə idarənin digər xərcləri üzrə 29990.14 manat,digər maşın və avadanlıq üzrə 48972.36 manat,02.11.2017-ci il tarixdə cari təmir işləri üzrə 998869.37 manat.27.11.2017-ci il tarixdə abadlıq işləri üzrə 48920.56 manat dövlət vəsaiti xərcləyib.Sözügedən tenderlərin qalibi “İnpeks.N” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və ümumi dəyəri 1126752 manat olan satınalma müqavilələri bağlanıb.Qeyd edək ki, “İnpeks.N”MMC-nin fəaliyyəti barədə də mətbuatda çoxsaylı ciddi məlumatlar yayılıb.Ünvanı belə bəlli olmayan bu MMC-nin tender elanlarında göstərilən işlərdən daha çox “otkat” pulların qaytarılması ilə məşğul olduğu bu gün heç kimə sirr deyil. Burada Kamal Abdullanın Azərbaycan Dillər Universitetinin rektoru təyin olunmasından dərhal sonra bu MMC ilə işbirliyi qurması ilə universitetdə heç bir təmir işlərinin aparılmaması ilə bağlı dövrü mətbuatda səsləndirilən fikirlərin üst-üstə düşdüyünü desək,zənnimizcə yanılmarıq.
Ümumiyyətlə Azərbaycan Dillər Universiteti tərəfindən keçirilmiş bir çox tender prosedurlarında çox ciddi qanun pozuntularına yol verildiyi açıq aydın görsənir.Belə ki,universitetin qalib elan etdiyi şirkətlər ətrafında apardığımız araşdırmalar zamanı bir çox MMC-lərin yalnız ADU-nun sifarişlərini həyata keçirdikləri məlum oldu.Bu isə sözügedən şirkərlərin analoji işlərdə təcrübəsinin olmamasının birinci göstəricisidir.Məsələn,”UNIPRICE”,”KRAL TƏMİZLİK”, “AZRENA-AA”,”Xumarlı”, “Mincivan”,”A.T.İ.S Fire Security” kimi MMC-lərin başqa heç bir tenderlərin qalibi olmaması birbaşa ADU-ya bağlılığına bir işarədir.
Universitet 18.04.2019-cu il tarixdə mühafizə xidmətinin satınalması üzrə “Qartal SS” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 90000.96 manat,13.09.2019-cu ildə isə daha bir 90000.96 manat dəyərində müqavilə bağlayıb.Qeyd edək ki, mühafizə xidməti üzrə satınalma müqavilələri bir il üçün bağlanır.Bəs 2019-cu ildə mühafizə xidməti üzrə 180000 manat dəyərində müqavilənin bağlanılması nə dərəcədə real görsənir? Növbəti ildə, 20.05.2020-ci il tarixdə isə bu məqsədlə “GESCO”Açıq Səhmdar Cəmiyyəti ilə 110448 manat dəyərində müqavilə bağlanıb.Bu da maraqlı deyilmi?
Azərbaycan Dillər Universiteti tərəfindən ən son keçirilmiş tenderlərə nəzər saldıqda nələrin şahidi oluruq?Belə ki,ən son keçirilmiş katirovka sorğusunun nəticələri 04.08.2020 – ci il tarixdə elan olunub.Universitet tərəfindən qalib müəyyən edilmiş şirkətlərlə 08.09.2020-ci il tarixdə mətbəə məhsullarının satınalınması üzrə “Mütərcim” Tərcümə Mərkəzi ilə 34710 manat,dəftərxana və təsərrüfat xərcləri üzrə” Farm – 19 ” MMC ilə 48480 manat,inventarın satınalınması üzrə “Nezrin – 08” MMC ilə 48670 manat,maşın və avadanlıqların satınalınması üzrə “Esma 17” MMC ilə 38404 manat məbləğində satınalma müqavilələri imzalanmışdır.Ümumi dəyəri 170 264 manat olan bu satınalma müqavilələrinin bağlanılmasında da ilk baxışdan qeyri adi heç nə görsənmir. Lakin tərəfimizdən aparılan araşdırmalar zamanı üzə çıxan bəzi məsələlər tender prosedurlarının heç də şəffaf keçirilməməsindən xəbər verir.
Belə ki,Azərbaycan Dillər Universiteti tərəfindən keçirilən bir çox tender prosedurlarının qalibi olmuş MMC-lərin qanuni təmsilşilərinin,yəni sahiblərinin eyni şəxslər olması diqqət çəkir.Ötən il universitetin sair xərclər (Universitetdə keçirilən tədbirlərdə iştirak edən qonaqlar üçün hədiyyələrin alınması) üzrə 49350 manat məbləğində müqavilə bağladığı, qanuni təmsilçisi Hüseynov Nəzər Salam oğlu olan “Mincivan” MMC-nin yerləşdiyi ünvanda, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ,QABİL SÜLEYMANOV (BİLƏCƏRİ QƏS.), ev 46, m. 21-də, universitetin bu il müqavilə başladığı “ESMA-17” Məhdud Məsuliyyətli Cəmiyyəti də yerləşir. Universitetin 13.09.2019-cu il tarixdə idarənin xərcləri üzrə 24971.4 manat dəyərində müqavilə bağladığı “Xumarlı”MMC-də Biləcəri qəsəbəsindəki yuxarıda göstərdiyimiz ünvanda yerləşir və bu MMC-nin də qanuni təmsilşisi Hüseynov Nəzər Salam oğludur.Universitetin ayrı-ayrı adlar altında müqavilə bağladığı üç MMC-nin bir ünvanda yerləşməsi heç də təsadüfi deyil.Bu dövlət vəsaitinin şəffaf şəkildə idarə olunmamasına əsaslı şübhələr yaradır.Universiten müqavilə bağladığı digər iki MMC-nin də Biləcəri qəsəbəsində yerləşməsi,qanunu təmsilçilərinin bir-birinə yaxın şəxslər olduğunu bir daha təsdiq edir.
Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur. Digər tərəfdən də qısa bir zamanda dövlət qeydiyyatına alınmış MMC-lərin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub,olmaması,maddi texniki bazasının və maliyyə,bank təminatlarının alınması kimi qanunun tələblərinə riayət edilməməsinə gətirib çıxarır.Universitetin eyni ünvanda yerləşən, ayrı-ayrı adlar altında qalib elan etdiyi MMC-lər aşağıdakılardır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NEZRIN 08” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.11.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Çələbov Namik Həmzə oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, RƏŞİD İSMAYILOV (BİLƏCƏRİ QƏS.), ev 5, m. 23 göstərilib.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ESMA-17” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 03.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Seyidova Ruhiyyə Aydın qızı,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, QABİL SÜLEYMANOV (BİLƏCƏRİ QƏS.), ev 46, m. 21 göstərilib.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MINCIVAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 06.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Nəzər Salam oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ,QABİL SÜLEYMANOV (BİLƏCƏRİ QƏS.), ev 46, m. 21 göstərilib.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “XUMARLI” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.03.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Nəzər Salam oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ,QABİL SÜLEYMANOV (BİLƏCƏRİ QƏS.), ev 46, m. 21 göstərilib.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FARM-19” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseyinov Yafət Fərəc oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, RƏŞİD İSMAYILOV (BİLƏCƏRİ QƏS.), ev 22, m. 3 göstərilib.
Qeyd edək ki, yuxarıda göstədiyimiz bütün bu kimi qaranlıq məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinin Tender Komissiyasına ünvanladığımız sorğu cavabsız qaldı.Ümid edirik ki,aidiyyatı qurumlar göstərilənləri araşdıracaq və ictimaiyyət üşün qaranlıq olan bir çox məsələlərə aydınlıq gətirəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın