Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim-tərbiyə işi yox səviyyəsindədir- Orada prorektorlar hökmranlıq edir
Xəbər verdiyimiz kimi ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının bir hissəsini ödəməyən tələbələrin adları yazılaraq divara yapışdırılmışdı.
ADMİU rəhbərliyinin tələbələrə qarşı bu cür qeyri-etik davranışı sosial şəbəkələrdə rezonans yaratmış,ölkə saytları bu barədə məlumat vermişdi.İstifadəçilər məsələni bu formada yaymaqla, rəhbərliyin tələbələri universitetdə alçaltdığını bildirirdi.Tələbələrdən də bu məsələdə universitet rəhbərliyini qınayanlar çoxluq təşkil edirdi.Bu günün özündə də tələbələrdən üzürxahlıq gözləntisi var.
Son illər təhsil müəssisələrində xoşagəlməz və utancverici hadisələrin kütləvi hal alması heç kəsə sirr deyil. Bu baxımdan orta məktəblərdə baş verənlər daha çox tənqid hədəfi olsa da, əksər universitet və kolleclərdəki vəziyyətin də ürəkaçan olmadığını deyə bilərik.
Faktinfo.az saytının əldə etdiyi məlumata görə, ümumi ab-havanın acınacaqlı durumda olduğu ali məktəblərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetidir.Təhsil ocağından sayta verilən məlumata görə, burada qabiliyyət imtahanlarına pulun yığılması,dərsə davamiyyətin son dərəcə zəif olması, bəzi tələbələrin etikadan kənar davranışlarının ört-basdır edilməsi,bəzi qızların son dərəcə açıq-saçıq geyimdə olmaları və nümayişkəranə şəkildə siqaret çəkmələrinə qarşı aparılmayan təlim-tərbiyyə işi və s. artıq adi hala çevrilib.Bu kimi hallara qarşı mübarizə aparılmalı halda təhsil haqqının bir hissəsini ödəməyən tələbələrin adlarının yazılaraq divara yapışdırılması həqiqətən utancvericidir.Belə aydın olur ki,bunlara kadr hazırlığı deyil,pul lazımdı.
Belə çıxır ki, burada təlim-tərbiyə ilə bağlı heç bir məqsədyönlü iş aparılmır.Hətta deyilənə görə, universitetdə bu sahəyə cavabdeh olan məsul şəxsləri belə məsələlər maraqlandırmır.Belə olan təqdirdə isə bir-birini əvəz edən rektorların təkbaşına nəyəsə nail olması çətin məsələdir. Çünki, orada prorektorlar hökmranlıq edir. Məsələn, ADMİU-nun Tədris İşləri üzrə prorektoru Validə Məmmədova ilə müəllimlər arasında insidentin yaşanması mətbuatdan ictimaiətə məlumdur.Bir müddət əvvəl,Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanan müraciətdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehriban Novruzova hesab edirdi ki, prorektor Validə Məmmədova müəllimlərə təzyiq edir, dekanlarla kobud davranır. Bu səbəbdən müxtəlif zamanlarda universitetdə münaqişələr yaranır.
Qeyd edək ki, Validə Məmmədovanın mənəm-mənəmliyi nəticəsində Qarabağ müharibəsi veteranı Məhiyyəddin Seyidov da universitetdən qovulub.Təzyiqə dözə bilməyən Qarabağ veteranı magistratura təhsilini başa vura bilməyib. O, Mədəniyyət və İncəsənət Universitetində baş verənlərdən təngə gəlib,buna etirazını bildirdikdə isə universitetdən qovulub.
Faktinfo.az
Rizvan Əhmədli
Bu xəbər üçün şərh yazın