“Azərbaycan hərbçilərini öldürün” - Ermənistanın Müdafiə naziri təxribat xarakterli əmr verdi
Ermənistanın Müdafiə naziri Arşak Karapetyan təxribat xarakterli bir addım atıb.
O, Azərbaycan hərbçilərinə atəş açmaq əmri verdi. Armenpress-in yaydığı xəbərə görə, bu əmri Karapetyan ciddi şəkildə kollegiya iclasında çıxışı zamanı verib. O deyib ki, dərhal atəş açın və istənilən üsulla Azərbaycan hərbçilərini öldürün.
Xatırladaq ki, Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyasının zəruriliyinə dair Moskva razılaşmalarının həyata keçirilməsi prosesinə mane olur, bu da təxribatlar törətməyə əlverişli şərait yaradır. Müdafiə nazirinin əmri elə təxribatlar törətmək əmri kimi də qiymətləndirilə bilər. Bu təxribatlar isə bütün region üçün təhlükə yaradan arzuolunmaz nəticələrə gətirə bilər./Virtualaz.org
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın