Azərbaycan Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı dəlillər toplayıb

Azərbaycan Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı dəlillər toplayıb 

9 noyabr 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda dərhal araşdırmalar aparılaraq cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, həmçinin digər lazımi prosessual hərəkətlər yerinə yetirilib.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib

 

Onun sözlərinə görə, hazırda cinayət işinin istintaqı davam edir, təyin edilmiş ekspertizaların rəylərinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi