“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə pul qalmaqalı – İki vəzifəli şəxs işdən çıxarıldı
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də daxili yoxlama başlayıb. BakuPost xəbər ki, AXDG-nin sədri Rauf Vəliyevin tapşırığı ilə başladılan araşdırmanın səbəbi idarədəki yeyinti şübhəsi olub.
Yoxlama başlayandan dərhal sonra əsas şübhəlilər – təchizat departamentinin rəisi Elman Qasımov və müavini Vüqar Allahverdiyev işdən uzaqlaşdırılıb. Vəzifəli şəxslər işdən çıxarıldıqdan sonra diqqət onların kimin tapşırığı ilə qanunsuz işlərlə məşğul olduğunu üzə çıxartmağa yönəlib. Və əsas şübhəli müəyyənləşib. Həmin şəxs AXDG sədrinin təzhizat, nəqliyyat və sosial məsələlər üzrə müavini Cəbrayıl Mahmudludur.
Hazırda aparılan daxili yoxlamalar Cəbrayıl Mahmudlunun vəsait yeyintisindəki rolunu aşkara çıxaracaq.
Qeyd edək ki, o, 2015- ci ilin noyabrından “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini tutur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın