Azərbaycanda məmur kəndlini döydü

Azərbaycanda məmur kəndlini döydü 

Goranboyda döyülmə faktı qeydə alınıb.

Hadisə rayonun Həmənli kəndində qeydə alınıb.

Kənd sakini 1969-cu il təvəllüdlü Mahir Verdiyev Nuru oğlu kənddə su üstündə həmkəndlisi tərəfindən döyülüb. Xəstə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildilib ki, 50 yaşlı kişinin vəziyyəti kafidir. Döyülən şəxsin sözlərinə görə, o, Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Abbasov Hüseynalı tərəfindən su üstüdə aralarında yaranan mübahisə zamanı döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi